23 
Yan
2021
11:04
1114

Koronavirusa yoluxma hallarında azalma davam edir

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 998 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 252 972 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 1 892 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 240 629 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 16 nəfər ölüb və ölənlərin ümumi sayı 3 038 nəfər təşkil edib.

Qeyd edək ki, son 24 saat ərzində 16 267 test aparılmışdır. Bunlardan 8 855-i sürətli antigen testi, 7 412-i isə PCR testidir.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Bizimlə əlaqə saxlayın