Hüquq-mühafizə orqanları Qardabani Bələdiyyəsi ərazisində iki nəfəri saxlayıb.
InterPress.ge xəbər verir ki, məlumatı DİN yayır.
"1975-ci il təvəllüdlü M.A. və 1983-cü il təvəllüdlü şəxs mikroavtobusda gedərkən polis tərəfindən dayandırılıb. Şəxsi axtarışları nəticəsində hüquq-mühafizə orqanları 42 paket halında eroin tərkibli narkotik maddə ələ keçirib.
Cinayət 8 ildən 20 ilə qədər və ya ömürlük həbs cəzası nəzərdə tutur", - deyilir məlumatda.
.jpg)