Gürcüstanın xarici dövlət borcu son bir ildə 1,794 mlrd. ABŞ dolları artıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin hesabatında qeyd olunub.
Bildirilib ki, 2021-ci ilin 1 yanvar tarixinə Gürcüstanın xarici borcu 7,535 milyard dollara çatıb. Halbuki 2020-ci ilin 1 yanvarında Gürcüstanın xarici borcunun cəmi 5,741 milyard dollara bərabər olub. Ölkənin xarici borcunun 7,162 mlrd. dolları hökumətin, 373 mln. dolları isə Milli Bankın payına düşür.