22 
Yan
2021
12:48
9259

Komendant saatı bu tarixdən qaldırılacaq, toylarla bağlı isə...

Yanvar ayının sonunda, hökumət koronavirusla əlaqəli bir sıra qaydaları ləğv etməyi planlaşdırır.

InterPress.ge bu barədə "Prime Time"a istinadən xəbər verir.

Məlumata görə, müəyyən qaydalara uyğun olaraq restoran və kafe-barlar yanvar ayından etibarən açılacaqdır. Həmçinin bazarların fəaliyyəti bərpa ediləcək, komendant saatı qaldırılacaq. Mərhələli şəkildə nəqliyyatda məhdudiyyətlər ləğv ediləcəkdir. Toylarda və məclislərdə məhdudiyyətlər yüngülləşdiriləcəkdir.

Səhiyyə və Sosial Məsələlər Komitəsi sədrinin birinci müavini Lado Kaxadzenin Prime Time-a verdiyi məlumata görə, nəqliyyatdakı insanların sayı ciddi şəkildə nəzarət altına alınacaq.

Onun sözlərinə görə, məhdudiyyətin götürülməsi maska taxmaq və məsafənin qorunması üçün tətbiq olunmur.

“Yanvar ayının sonundan etibarən ticarət mərkəzləri, bazarlar, marketlər açılacaq. Bildiyim qədəri ilə komendant saatı da aradan qaldırılacaq. Nəqliyyata gəldikdə, mütəmadi işə salınması planlaşdırılır, nəqliyyatda sərnişin sayına nəzarət edəcək nəqliyyat tənzimləyicisi olacaq ki, nəqliyyat həddən artıq yüklənməsin. Nəqliyyatın tədricən işə salınmasına gəldikdə isə bu haqda Səhiyyə Nazirliyi izahat verəcəkdir.

Restoran, kafe və barların fevralın 1-də açılması planlaşdırılır, lakin məsafə qorunacaq və ziyarətçilərin sayı məhdud olacaq. İnsanlardan maska taxmaq, məsafəni qorumaq və dezinfeksiya etmək qəti şəkildə tələb olunacaq.

Toylara və məclislərə gəlincə, bu məhdudiyyət yüngülləşdirilə bilər.

Qaydaların qaldırılmasından sonra yoluxmuş insanların sayı artarsa ​​nə olacaq sualına Kaxadze belə cavab verib:

“Əgər yoluxmuş insanların sayında artım olarsa, Danimarka, Belçika və İsrail nə etdisə, o olacaqdır, yenidən kilidlənmə olacaq. Çində nə baş verdiyini görürdünüz .Başqa ölkələrdən fərqimiz olmadığı üçün ciddi məhdudiyyətlər tətbiq ediləcək",- dedi Kaxadze.

Ölkədəki gözlənilməz epidemiya vəziyyətinə görə hökumət yanvar ayının sonu üçün planlaşdırılan qaydaları yumşaltmaqdan imtina edə bilər.

Bizimlə əlaqə saxlayın