22 
Yan
2021
11:20
3618

Qırmızı Körpüdə azərbaycanlı saxlanıldı

Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis İdarəsi və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük İdarəsinin əməkdaşları 1991-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı S.A-nı Gömrük nəzarət məntəqəsi "Qırmızı Körpü"də nəzarət zonasında saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayır.

Saxlanılan şəxs qanunsuz olaraq külli miqdarda narkotik maddə almaq və saxlamaq və qaçaqmalçılıq yolu ilə Gürcüstana gətirməkdə ittiham olunur.

"Saxlanılan şəxsin şəxsi axtarışı zamanı - 119,21 qram iki paketə qoyulmuş narkotik maddə "Metadon" sübut kimi götürülüb.

Çox miqdarda narkotik maddənin qanunsuz almaq-saxlamq və qanunsuz olaraq Gürcüstana gətirmə faktı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 6-cı hissəsinin "a" bəndinə və 262-ci maddəsinin 4-cü hissəsinin "a" bəndinə əsasən aparılır.

Cinayət 15 ildən 20 ilə qədər cəza və ya ömürlük həbs cəzası nəzərdə tutur", - deyə bildirilib məlumatda.

Bizimlə əlaqə saxlayın