22 
Yan
2021
10:55
663

Gürcüstanda koronavirusla bağlı son statistika

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 903 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 251 974 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 636 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 238 737 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 24 nəfər ölüb və ölənlərin ümumi sayı 3022 nəfər təşkil edib.

Qeyd edək ki, son 24 saat ərzində 14 827 test aparılmışdır. Bunlardan 7 997-i sürətli antigen testi, 6830-u isə PCR testidir.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Bizimlə əlaqə saxlayın