21 
Yan
2021
15:19
417

Qabunia: "Hökumətin bugünkü iclasında koronavirus peyvəndinin tətbiqi üçün milli plan təsdiqləndi"

"Hökumətin bugünkü iclasında koronavirus peyvəndinin tətbiqi üçün milli plan təsdiqləndi".

InterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə nazirinin müavini Tamar Qabunia bildirib.

O, planın ilin sonuna qədər peyvəndin tətbiqi üçün bir bələdçi olacağını söyləyib.

Tamar Qabunianın dediyinə görə, məqsəd 46.000 səhiyyə işçisinin peyvəndin birinci mərhələsində, çox güman ki, bu ilin birinci rübündə aşılanmasıdır.

Tamar Qabunia milli peyvənd planının əsas cəhətlərini mediaya təqdim etdi.

“Planın əsas məqsədi ilin sonuna qədər əhalinin 60 faizini əhatə etməkdir. Bu, təbii immunitet, həmçinin peyvəndləmə yolu ilə əhalinin əksəriyyətinin immunitet reaksiyası ilə qorunması üçündür, hansı ki, iqtisadiyyatı təhlükəsiz açma imkanı versin və ölkədə infeksiyanın yayılma təhlükəsi olmasın. Digər ölkələrin təcrübəsini nəzərə alsaq, bu vəzifə bir qədər iddialıdır, lakin ilin sonuna qədər bunun real və mümkün olacağını düşünürük.

Planda duran əsas fərziyyələr peyvəndlərlə bağlı vəziyyətlərin daim dəyişməsidir, yenilənəndir. Bu gün səlahiyyətli peyvəndlərdən - "Pfizer", "Moderna" və "Astrazeneca" dan danışırıqsa, hələ plan və çalışma prossesində müəyyən peyvəndlər var ki, bu da olduqca perspektivlidir, ehtimal ki, önümüzdəki aylarda onlar da səlahiyyət qazanacaqlar və bu da vaksinasiya ilə əlaqəli bazarı şaxələndirəcəkdir. Təbii olaraq, planımıza təsirli və keyfiyyətli olacaq aşıları daxil edəcəyik.

Aşılama proqramının mərhələlərlə başlanması planlaşdırılır, birinci qrupa yüksək riskli şəxslər daxil ediləcək, daha sonra digər şəxslər də qoşulacaqlar. İlk ən yüksək risk hədəf qrupu səhiyyə işçiləridir. Bu qrupun hədəf əhalisi ümumilikdə 71.000 nəfərdir. Əhatə dairəsi 65%-dir.

Bu səbəbdən də hədəfimiz 46.000 səhiyyə işçisini ilk mərhələdə peyvənd etmək olacaq, çox yaxında, çox güman ki, bu, bu ilin birinci rübü olacaq, birinci rübdə peyvənd alacağımızı və səhiyyə işçilərini peyvənd etməyə başlayacağımızı gözləyirik. Bundan sonra uzunmüddətli qayğı müəssisələrinin benefisiarları və işçiləri gələcəklər”, - dedi Tamar Qabunia.

Bizimlə əlaqə saxlayın