"Dizel"in keyfiyyəti Avropa standartlarına daha da yaxınlaşdı
Gürcüstan Hökuməti "Dizel yanacağının tərkibi normaları, analiz metodları və onların İcra edilməsinə dair tədbirlər haqqında" 238 saylı qərardakı dəyişiklikləri təsdiqləyib.
InterPress.ge xəbər verir ki, bu qərarla dizel yanacağı Avropa direktivi ilə müəyyən edilmiş parametrlər siyahısına mümkün qədər yaxınlaşdırılıb.
Ətraf Mühitin mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, dizelin keyfiyyət tələbləri tədricən yaxşılaşdırılır və müəyyən edilmiş parametrlər daxilində 2019-cu ildən dörd Avro standartına cavab verir ki, bu da az kükürd miqdarı deməkdir. Dizel keyfiyyətində beş normaya qədər artım gələn il yanvarın 1-nə təyin edilmişdir.
“Xatırladaq ki, 2020-ci ilin sonunda benzinlə bağlı da tədbirlər görülmüşdür və Avropa direktivinin təyin etdiyi bütün parametrlər müəyyənləşdirilmişdir.
Avtomobil yanacaqlarının keyfiyyətinin artırılması hava çirklənməsinin azaldılmasına kömək edəcəkdir. Avtomobillərdə yanma prosesi yaxşılaşdırılacaqdır ki, bu da azot dioksid və qatı hissəciklərin emissiyasının azalmasını təmin edəcəkdir.
Qeyd edək ki, mühərrik yanacağının keyfiyyətinin müəyyən edilmiş normalarının pozulmasına görə sanksiyaları əhəmiyyətli dərəcədə artırmaq üçün 2020-ci ildə Gürcüstan inzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə dəyişikliklər edilmişdir. Mühərrik yanacağının müntəzəm monitorinqi Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühitə Nəzarət Departamenti tərəfindən həyata keçirilir ”, - deyə Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi bildirir.


