21 
Yan
2021
12:04
3411

Baş nazir açıqlama verdi: "Bu gün bir plan təsdiqlənəcək"

"Bu gün bir plan təsdiqlənəcək, hansı ki, 2021-ci ilin sonuna qədər vətəndaşlarımızın ən azı 60 faizinin aşılanmasını nəzərdə tutur".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Qiorqi Qaxaria bugünkü hökumət iclasında bəyan etdi.

Onun sözlərinə görə, ölkədə ən yüksək risk altında olan hədəf qrupları aşılanacaq.

"Bildiyiniz kimi, əvvəlki hökumət iclasında Səhiyyə Nazirliyinə bu aşılamanın tətbiqi üçün milli plan hazırlaması və hazırkı hökumət iclasında isə bu planı tamamlamaq tapşırılmışdı. Bu işçi qrupu bütün maraqlı tərəflərin, mütəxəssislərin, beynəlxalq tərəfdaşlarımızın, sahədəki mütəxəssislərin, epidemioloqların, həkimlərin, Xalq Müdafiəçisinin iştirakı ilə 15 dekabrda yaradıldı və bu gün əsas məqsədimiz 2021-ci ilin sonuna qədər əhalinin ən azı 60%-nin aşılanması planını müzakirə edib təsdiq etməkdir. Bununla birlikdə, bu əsas hədəfə əlavə olaraq, bu planın texniki hissəsi, mərhələliyi və mərhələ-mərhələ peyvənd edilməli olan hədəf qrupları daxil idi.

Birinci mərhələdə ölkədə ən yüksək risk altında olan qrupların hədəf alındığını vurğulamaq istərdim. Əlbətdə ki, onlar tibb sahəsinin işçiləri, uzun müddətli qayğı müəssisələri benefisiarları, 75 yaşdan yuxarı yaşlılarımız və daha sonra 60 ilə 75 arasında olan bütün həmvətənlərimiz olacaqlar", - dedi Qiorqi Qaxaria.

Baş nazirin sözlərinə görə, Gürcüstan texniki cəhətdən istənilən səlahiyyətli peyvəndi almağa hazırdır. Eyni zamanda, planın mövcud çətinliklərə tam cavab verdiyini və Gürcüstanın aşılamağa hazır olduğunu qeyd etdi.

"Plan hazırlamaq son dərəcə vacibdir. Bildiyiniz kimi, Gürcüstan,Avropalı ortaqlarımızla "Kovaks" platformasında üzv olmuşdur, hansı ki, ölkəyə peyvənd tədarükünü nəzərdə tutur. Gürcüstan, 5-6 ay əvvəl bu platformadan yaxın gələcəkdə ölkəyə yarım milyon peyvənd tədarük etmək məqsədini elan etdi. Artıq maliyyə mənbələrini köçürdük və indi əsas məqsəd texniki səviyyədə səhiyyə sistemininin bir il ərzində bu həcmdəki aşılamanı həyata keçirməsidir. Bu gün Gürcüstan texniki olaraq istənilən səlahiyyətli peyvənd almağa hazırdır. Soyuq zəncir burada çox vacibdir və Gürcüstan bu vaksini istənilən vacib temperatur şəraitində ala bilər. Həm texniki cəhətdən, həm də tibb işçilərimizi yetişdirmək baxımından bu plan bugünkü problemlərə tam cavab verir və faktiki olaraq, aşılamağa başlamağa hazırıq.

Hökumət ikitərəfli rejimdə istehsal edən şirkətlərlə danışıqlara davam edir, amma burada bir şeyi unutmamalıyıq ki, yalnız Dünya Səhiyyə Təşkilatı tərəfindən icazə veriləcək peyvənd Gürcüstana idxal ediləcək. Bu, həm bizim, həm də Avropalı tərəfdaşlarımızın prinsipial mövqeyidir və ən əsası, vətəndaşlarımızın təhlükəsizliyi və sağlamlığının qeydinə qalmaqdır,- dedi Gürcüstan Baş nazir.

Bizimlə əlaqə saxlayın