20 
Yan
2021
17:19
741

Marneulidə 20 yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar tədbir keçirildi - FOTO

Marneulidə yerləşən Gürcüstan Azərbaycanlarının İnteqrasiya Mərkəzində (GAİM) 20 yanvar şəhidləri anıldı.

Interpress.ge xəbər verir ki, GAİM-nin icraçı direktoru Rafik Hümmət tədbiri 20 yanvar şəhidlərinin ruhuna bir dəqiqəlik sükutla başlatdı. Daha sonra Marneuli axunudu Hacı Hacıyev şəhidlərin ruhunu duallar oxudu.

Tədbir zamanı R. Hümmət qeyd etdi ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilib və dinc əhaliyə divan tutulub, yüzlərlə insan qətlə yetirilib və yaralanıb. O, eyni zamanda işğalçı rus qoşununun 1989-cu ilin 9 aprel tarixində Gürcüstanda da qətliyam törədərək vətəndaşlarımızı şəhid etdiyini qeyd edib.

Belə ki, tədbirdə 20 yanvar hadisələrinə aid video görüntülər nümayişi olunub. GAİM-də təhsil alan şagirdlər vətənpərvərlik və 20 yanvar mövzusunda şeirlər səsləndiriblər.

Son olaraq Rafik Hümmət pandemia səbəbilə qısa da olsa tətbirə gələn hər kəsə təşəkkürünü bildirib.

“Artıq ölkələrimiz azad oldu. Bizim şəhidlər boşuna ölmədi. Könül istər ki, tezliklə Abxaziya və Canubi Asetiya da azad olunsun. Gələcəkdə hər şeyin düzələcəyini təmənni edirik”.

Bizimlə əlaqə saxlayın