2020-ci ildə Marneuli Bələdiyyəsində idman infrastrukturunun inkişafı baxımından əhəmiyyətli layihələr həyata keçirilib.
InterPress.ge xəbər verir ki, idman inkişafına təşviq və sağlam həyat tərzi qurmaq üçün bələdiyyə yerli büdcə ilə Marneulidə 8 mini idman sahəsi təşkil etmişdir.
Qeyd edək ki, Marneuli şəhərində mərkəzi stadionun bərpası üçün hazırlıq işlərinə artıq başlanılıb. Layihə Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Bələdiyyə İnkişaf Fondu tərəfindən həyata keçirilir.
