20 
Yan
2021
13:00
2956

Şagirdlərin nəzərinə! "Milli tədris planı"na dəyişikliklər əlavə olundu

"Milli tədris planı"na dəyişikliklər əlavə olundu.

InterPress.ge xəbər verir ki, bu barədə qərar Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Naziri Mixail Çxenkeli tərəfindən verilib.

Dəyişikliyə əsasən, pandemiya səbəbi ilə təhsil prosesində və ya semestrin 1/3 -dən çox müddətdə tədris prosesində iştirak edə bilməyən şagirdlər birinci semestrdə ən azı bir xülasə kompleksi tapşırığı əsasında qiymətləndiriləcəkdir.

Eyni qərara görə, məktəb müvafiq qaydalara uyğun olaraq zəruri hallarda distant və ya fiziki şəkildə bu cür şagirdlər üçün fərdi konsultasiya saatları təşkil etməlidir.

“Kompleks tapşırıqlar və şagird qiymətləndirməsi ikinci semestrin birinci həftəsinin sonuna qədər məsafədən və ya fiziki şəkildə aparılmalıdır. Milli tədris proqramında göstərilən nəticələrə nail olmaq üçün məktəbin ikinci semestrdə oxşar problemləri olan şagirdlər üçün əlavə dərslər keçirməsi arzu edilir”,- deyilir qərarda.

Eyni qaydaya əsasən, semestrin 1/3 hissəsindən çoxu məsafədən təhsil şəklində keçirilmişsə, məktəbin milli kurikulumda göstərilən ümumi tapşırıqların sayını azaltmaq hüququ vardır ki, bu da məktəb kurikulumunda əks olunmalıdır.

"Bu halda məcmu tapşırıqlarının minimun sayı semestr ərzində öyrənilən mövzuların sayına uyğun olacaq”, - deyə nazirin qərarında yazılıb.

Şagirdlərin valideynləri və ya onun qanuni nümayəndəsi semestr imtahanı üçün məktəb direktoruna yazılı müraciət etməlidirlər: Birinci semestr qiymətləndirməsi üçün- ikinci semestrin başlanmasından bir həftə ərzində, ikinci semestrdə isə - semestr bitdikdən sonra bir həftə ərzində.

"Direktor məsələni nəzərdən keçirir və şagirdin semestr imtahanına qəbul olub-olmaması barədə qərar qəbul edir. Qəbuldan imtina edildiyi təqdirdə qərar əsaslandırılmalıdır", - qərarda deyilir.

Birinci semestr imtahanının ikinci semestrin başlamasından 2 həftə, ikinci semestr imtahanının isə semestr bitdikdən sonra 2 həftədən gec olmayaraq planlaşdırıldığı qeyd olunub.

Həmçinin qərarda, gürcü dilli dövlət məktəblərinin / sektorlarının ibtidai səviyyəsi üçün saatlıq cədvəl təyin edilib.

Bizimlə əlaqə saxlayın