20 
Yan
2021
11:51
512

Kaxa Kaladze: "2020-ci il hər baxımdan çox çətin bir il oldu"

"2020-ci il hər baxımdan çox çətin bir il oldu".

InterPress.ge xəbər verir ki, bu barədə Kaxa Kaladze Tbilisi Bələdiyyəsinin Hökumət iclasında bildirib.

Paytaxt merinin dediyinə görə, pandemiya səbəbindən bələdiyyə meriyası keçən il bir çox layihəni təxirə salmalı olub.

Kaladze bu ilin büdcəsinin prioritetlərindən bəhs edib.

“Bir daha vurğulamaq istərdim ki, əsas prioritetlər mövcud sosial və iqtisadi vəziyyətə dəstəkdir. Bu istiqamətə 350 milyon, infrastruktur istiqamətinə isə 440 milyon ayrılacaq. Bununla birlikdə, birinci dərəcəli prioritetlərimizi vurğulamaq istərdim. Bilirsiniz, çox vacib bir islahata başladıq, nəzərimdə tutduğum bir çox vacib komponentdən ibarət nəqliyyat siyasətidir. Ekoloji vəziyyəti yaxşılaşdırmaqla yanaşı, bu, əlbəttə ki, 2021,-ci ilin əsas prioritetlərindən biri olacaqdır”,- Kaladze bəyan edib.

Bizimlə əlaqə saxlayın