20 
Yan
2021
11:18
842

Gürcüstanda koronavirusla bağlı son statistika

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 469 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 249 934 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 1792 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 236 922 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 15 nəfər ölüb və ölənlərin ümumi sayı 2 973 nəfər təşkil edib.

Qeyd edək ki, son 24 saat ərzində 6122 test aparılmışdır. Bunlardan 2697-si sürətli antigen testi, 3425-i isə PCR testidir.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Bizimlə əlaqə saxlayın