20 
Yan
2021
10:30
500

Salome Zurabişvili Brüssel səfərinə başlayır

Gürcüstan Prezidenti Salome Zurabişvili Brüsselə işgüzar səfərinə başlayır.

InterPress.ge xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayır.

Məlumata görə, prezidentin Brüsselə işgüzar səfəri çərçivəsində AB və NATO liderləri ilə görüşlər planlaşdırılır.

Prezidentin Avropa Şurasının Prezidenti Charles Michel, AB Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Yüksək Nümayəndəsi, Avropa Komissiyasının vitse-ptezidenti Josep Borrell; Avropa Parlamentinin Prezidenti David Sassoli; İqtisadi məsələlər üzrə icraçı vitse-prezident Valdis Dombrovskis; Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri David McAllister və NATO Baş katibi Jens Stoltenberg ilə görüşləri planlaşdırılır.

Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, müxtəlif yüksək səviyyəli görüşlərin də keçirilməsi planlaşdırılır.

Bizimlə əlaqə saxlayın