19 
Yan
2021
17:50
2256

Gürcüstanda təhsilini davam etdirmək istəyən tələbələrin nəzərinə...

Gürcüstanda təhsilini davam etdirmək istəyən tələbələrin qeydiyyatı 20 yanvar tarixindən başlayır.

InterPress.ge xəbər verir ki, bu barədə məlumat Milli Qiymətləndirmə və İmtahan Mərkəzi tərəfindən yayılır.

"Ən azı 75 gün xarici ali təhsil müəssisələrində oxuyan Gürcüstan vətəndaşları təhsillərini Gürcüstanda davam etdirmək imkanına malikdirlər. Qeydiyyat üçün 20 Yanvar 09: 00-dan 1 Fevral 18: 00-a qədər Milli Qiymətləndirmə və İmtahan Mərkəzinə müraciət etməlidirlər. Ərizə həmçinin E-poçt vasitəsilə də [email protected] qəbul edilir.

Tələbələr yalnız bir imtahan verməli olacaqlar. İmtahandan uğurla keçmək, test üçün müəyyən edilmiş maksimum balın 50%-dən çoxunu (minimum 23 bal) nəzərdə tutur.

İmtahan tarixi və yeri barədə ətraflı məlumat qeydiyyat bitdikdən sonra Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin saytında dərc olunacaqdır.

İmtahanda iştirak edən şəxslərin təhlükəsizliyini qorumaq üçün, Gürcüstanın İşğal olunmuş Ərazilərindən Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial İşlər Nazirliyi tərəfindən hazırlanan tövsiyələr qprunacaqdır", - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın