13 
Mar
2020
19:56
731

Türkiyədə koronavirusa yoluxanların sayı 5-ə çatdı

Türkiyədə koronavirusa yoluxanların sayı artıb.

InterPress.ge Türkiyə KİV-inə istinadən xəbər verir ki, ölkənin səhiyyə naziri Fahreddin Koca daha üç nəfərdə koronavirus aşkarlandığını bildirib.

Bununla da Türkiyədə koronavirus daşıyıcılarının sayı 5-ə çatıb.

Qeyd edək ki, martın 12-də Türkiyədə prezidentin sədrliyi ilə koronavirusla bağlı müşavirə keçirilib. Müşavirədə Rəcəb Tayyib Ərdoğanın səfərlərinin təxirə salınması, bütün təhsil müəssisələrinin bağlanması, bütün kütləvi tədbirlərin keçirilməsinin təxirə salınması haqqında qərar qəbul edilib.

Eyni zamanda dövlət məmurlarının xarici ölkəyə istənilən səfəri rəsmi olaraq dayandırılıb.

İndiyədək 2 nəfərin koronavirusa yoluxması faktı qeydə alınmışdı.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 128ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 139 630-a çatıb. Bunların 70 733nəfəri sağalıb, 5 120 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Bizimlə əlaqə saxlayın