ABŞ administrasiyası Çinin 9 şirkətini, o cümlədən Xiaomi smartfonlarının istehsalçısını və Comac aviaşirkətini, Amerikanın hərb sahəsi ilə əlaqələri olan sərmayədarları üçün qadağan edilmişlərin siyahısına salıb.
Interpress.ge Reuters agentliyinə istinadən bildirir ki, Amerika sərmayədarları 11 noyabr 2021-ci ilə qədər “qara siyahı”ya düşmüş Çin firmalarından öz aktivlərini çıxarmalı olacaqlar.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp 2021-ci ilin 11 yanvarından Amerika vətəndaşlarına və şirkətlərə Çin Xalq Respublikasının hərbi firmalarından qiymətli kağızları almağı qadağan edən fərman imzalayıb.
