19 
Yan
2021
13:15
507

Qamğrelidze: "Gürcüstanda da koronavirus xəstələrinin bir qismi klinikadan çıxdıqdan sonra Kovid-19-un daha da ağırlaşması səbəbindən yenidən xəstəxanalara müraciət edir"

"Gürcüstanda da koronavirus xəstələrinin bir qismi klinikadan çıxdıqdan sonra Kovid-19-un daha da ağırlaşması səbəbindən yenidən xəstəxanalara müraciət edir".

InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze bildirib.

Qamğrelidzenin qeyd etdiyinə görə, müvafiq hallar klinikalar tərəfindən qeyd olunur və dəqiq statistika hələ məlum deyil.

"Əlbətdə bəzi məlumatlarım var, bununla birlikdə klinisyenlərlə əlaqə qurmağınız daha yaxşıdır. Müəyyən tibbi statistik məlumatlara sahibik, lakin bu son məlumat deyil. İngiltərədə keçirildiyi kimi belə bir hədəfli araşdırma bizdə aparılmır. Ancaq ikinci dəfə xəstəxanaya yerləşdirmək bizdə də mövcuddur. Onlardan hər onunun öldüyünü deyə bilmərik, hansı ki, Britaniyalaların araşdırmasındadır. Onların araşdırmaları müvafiq dizaynla həyata keçirildi. Bu tipli araşdırma bizdə keçirilməmişdir, ikinci dəfə xəstəxanaya yerləşdirmək bizdə də mövcuddur, ancaq kovidə görə deyil, kovidin çətinləşdiyinə görə. Onlar arasında ölüm hallarının olub-olmadığını deyə bilmərəm. Bu çox həssas bir məsələdir. Müvafiq araşdırmaların keçirilməsi vacibdir, kovid xəstəliyi keçirmiş şəxslərə müşahidənin vacib olduğu kimi", - dedi Amiran Qamğrelidze.

Onun sözlərinə görə, həkimlər kovid xəstəliyi keçirmiş şəxslərə evə buraxılmadan əvvəl müvafiq tövsiyələr verirlər.

"Xəstəxanadan çıxanlara ailə həkimi ilə əlaqə qurmağı və müəyyən aralıqlarla özünənəzarət etmələrini təmin edən tövsiyələr verilir. Nələrə diqqət yetiriləcəyi, həmçinin müəyyən aralıqlarla bir sıra müayinələrdən keçmələri barədə əsas parametrləri izah edirlər, xüsusilə riski yüksək olanlara, 70 yaşdan yuxarı olanlara və müxtəlif xəstəlikləri olanlara - diabet, hipertoniya, xroniki ağciyər xəstəlikləri və s. Bu tövsiyələr yazıldıqdan sonra hər kəsə aiddir",- dedi Qamğrelidze.

Bizimlə əlaqə saxlayın