19 
Yan
2021
11:23
1659

1 torba un üçün dövlət subsidiyası 10 GEL-dən 15 GEL-ə qədər arta bilər

"1 torba un üçün dövlət subsidiyası 10 GEL-dən 15 GEL-ə qədər arta bilər. Bu gün 1 torba unun qiyməti 68 GEL-ə yüksəldi, bu səbəbdən artıq 10 GEL subsidiyası qiyməti qorumaq üçün kifayət deyil".

InterPress.ge xəbər verir ki, bu barədə Un İstehsalçıları Birliyinin icraçı direktoru Levan Silaqava məlumat verib.

"Proqramda əvvəlcədən risklər mövcud idi, məsələn, Rusiyanın 15 Fevraldan etibarən kvot tətbiq etməsi, valyuta riski, elektrik enerjisi qiymətlərinin artması buna aiddir. Proqramın ilk iki ayında 2-2 milyon GEL paylandı və buğda ciddi şəkildə bahalaşdı, bu səbəbdən ilk 2 ay üçün nəzərdə tutulan 10 GEL subsidiyası artıq yetərli deyil. Hesablamalarımıza görə, Kənd Təsərrüfatı Nazirliyinə müraciət etdik və indi müzakirələr davam edir, təxminlərimizə görə subsidiya 15 GEL olacaq", - dedi Silaqava.

Levan Silaqavanın qeyd etdiyinə görə, subsidiya proqramı çərçivəsində keçirilən ilk tenderdə, 8 dəyirman-fabrik qazandı, hansı ki, 52 çörək fabrikinə 1 torba birinci növ keyfiyyətli unu 53 GEL-ə verəcək. İkinci tender isə 25 yanvarda elan ediləcək.

Onun sözlərinə görə, dövlətin mövqeyini əsas götürərək çörəyin qiymətinin 1 aprelə qədər artmayacağını söyləmək olar.

Məlumat üçün bildirək ki, dövlət ümumilikdə 10 milyon GEL xərclənən birinci dərəcəli una subsidiya verir. Proqram 1 dekabrda başladı və 4 ay davam edəcək.

Bizimlə əlaqə saxlayın