19 
Yan
2021
11:00
867

Gürcüstanda koronavirusla bağlı son statistika

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 1550 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 249 465 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 494 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 235 130 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 15 nəfər ölüb və ölənlərin ümumi sayı 2 973 nəfər təşkil edib.

Qeyd edək ki, son 24 saat ərzində 17 398 test aparılmışdır. Bunlardan 12 166-u sürətli antigen testi, 5 232-ü isə PCR testidir.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Bizimlə əlaqə saxlayın