19 
Yan
2021
10:22
802

Qardabanidə bıçaqlanma hadisəsi baş verib

Kvemo Kartli Polis Departamentinin Qardabani Rayon Şöbəsinin əməkdaşları keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində 1995-ci il təvəllüdlü M.M-nı qəsdən adam öldürməyə cəhd ittihamı ilə saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı DİN yayır.

"İstintaq zamanı alkoqollu olan təqsirləndirilən şəxsin Qardabani Bələdiyyəsinin Qamarjveba kəndində 1994-cü il təvəllüdlü Q.J.-ya bıçaqla xəsarət yetirərək yaraladığı və hadisə yerindən qaçdığı məlum oldu.

Yaralı tibb müəssisəsinə aparıldı. Sağlamlıq vəziyyəti ağırdır. Hüquq-mühafizə orqanları hadisədən bir neçə saat sonra isti təqib nəticəsində təqsirləndirilən şəxsi saxladı. Qəsdən adam öldürməyə cəhd faktı Gürcüstan Cinayət Məcəlləsinin 19-108-ci maddəsi ilə araşdırılır.

Cinayət 7 ildən 15 ilədək həbs cəzası nəzərdə tutur", - deyə məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər