18 
Yan
2021
22:11
3109

Gürcüstanda hava şəraiti ilə bağlı sinoptiklər xəbərdarlıq etdi - Şaxta artacaq

Gürcüstanın əksər yerlərində günün ikinci yarısından etibarən əsasən qar şəklində yağış yağacağı, ölkə daxilində havanın temperaturunun azalacağı gözlənilir.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyinin Qısamüddətli Proqnozlar şöbəsinin müdiri Dodo Qvazava bildirib.

Qvazavanın sözlərinə görə, yanvarın 20-dən 23-dək gecə ərzində şaxta daha da güclənəcək.

“18-21 yanvar tarixlərində Gürcüstanda Qara dənizin şimal-qərbindən soyuq hava kütlələrinin yayılması gözlənilir. Buna görə də, Gürcüstanın əksər yerlərində yağış yağacağı, əsasən qar şəklində olacağı, bəzi yerlərdə güclü külək olacağı və bununda qar fırtınasına səbəb olacağı gözlənilir. Gürcüstanın hər yerində havanın temperaturu azalacaq, yanvarın 20-dən 23-dək şaxta gecə saatlarında güclənəcək”, - dedi Dodo Qvazava.

Onun sözlərinə görə, Qudauri hissəsində uçqun təhlükəsi davam edir.

"Qudauri yolunda qarlı hava davam edir. Qar axşam və sabah dayanacaq. Zəif qar 20-21 yanvar tarixinədək davam edə bilər, lakin şaxta həm gündüz, həm də gecə güclənəcək. Hal-hazırda orada qar uçqunu təhlükəsi var, səhər qar örtüyü 180 sm-ə qədər idi, bu axşam da artacaq, uçqun təhlükəsi davam edəcək. Qar uçqunu təhlükəsi proqramı ilə işləyən Milli Ətraf Mühit Agentliyinin müvafiq mütəxəssisləri uçqun təhlükəsinin aradan qalxması və müvəqqəti yol açılması haqqında proqnozu sabahdan verməyə başlayacaqlar ”, - dedi Dodo Qvazava.

Bizimlə əlaqə saxlayın