18 
Yan
2021
15:51
499

Gürcüstanın baş naziri Türkiyə səfirilə regiondakı vəziyyəti müzakirə edib

Gürcüstanın Baş naziri Qiorqi Qaxaria, Türkiyə Respublikasının Gürcüstandakı səfiri Fatma Ceren Yazqan ilə görüşüb.

InterPress.ge xəbər verir ki, bu barədə Hökumət rəhbərliyindən məlumat verilib.

Məlumata əsasən, görüşdə Gürcüstan və Türkiyə arasındakı strateji tərəfdaşlıq, bölgədəki son hadisələr və iki strateji tərəfdaş arasında müxtəlif sahələrdə əlaqələrin daha da dərinləşdirilməsi müzakirə edildi.

“Pandemiyaya qarşı mübarizədə əməkdaşlıq və Türkiyənin Gürcüstana yardım göstərmələri xüsusilə vurğulandı. Baş nazirin sözlərinə görə, pandemiyanı məğlub etmək yalnız birgə səylər nəticəsində mümkündür və bu prosesdə dostların və tərəfdaşların dəstəyi böyük əhəmiyyətə malikdir.

Görüşdə iki ölkə arasındakı siyasi və iqtisadi əməkdaşlıqla yanaşı bölgədə təhlükəsizlik və sabitliyin vacibliyi müzakirə edildi. Baş nazir və Türkiyə səfiri, pandemiya səbəbindən müvəqqəti təxirə salınan Gürcüstan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclasını da müzakirə etdilər.

Qiorqi Qaxaria, iki ölkə arasındakı strateji tərəfdaşlığın inkişaf etdirilməsindəki şəxsi səylərinə görə diplomata təşəkkür etdi və Türkiyənin ölkənin ərazi bütövlüyü və suverenliyinə verdiyi güclü dəstəyi xüsusilə qiymətləndirdiyini qeyd etdi",- deyə məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın