18 
Yan
2021
14:09
2776

Mərkəz rəhbəri məhdudiyyətlərin necə qaldırılacağını açıqladı

Məhdudiyyətlər hamısı bir anda deyil, mərhələli şəkildə qaldırılacaqdır”.

InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri, Amiran Qamğrelidze bəyan edib.

Onun sözlərinə görə, İdarələrarası Koordinasiya Şurasında Baş nazir Qiorqi Qaxaria Səhiyyə və İqtisadiyyat nazirliklərinə ölkədəki məhdudiyyərlərin mərhələli yüngülləşdirilməsi planı hazırlamağı tapşırıb.

"Baş nazirin elə bir tapşırığı var ki, Səhiyyə və İqtisadiyyat Nazirliyi, ölkənin yazda mərhələli yüngülləşdirmə planı hazırladığı kimi, bu iki gün ərzində də belə bir plan hazırlasın. Prinsipcə, bir anda açılmaması, bir anda yüngülləşməməsi və mərhələli olması üçün ana xətlər mövcuddur. Məsələn, bir və ya iki həftə hər-hansı bir müəssisə açılacaq və nə gətirəcəyi, nəticəsinin nə olacağı və müsbətlik nisbətliyi müşahidə olunacaq. İnsidentik və müxtəlif göstəricilərə görə, ikinci mərhələdə nəyin yüngülləşdirilməsi barədə qərar qəbul ediləcək və bu sıra ilə davam edəcək. Paralel olaraq, bütün bunlar genişləndirilmiş test və fevral ayının ortalarından etibarən peyvəndləmə ilə birlikdə edilməlidir”, - dedi. Qamğrelidze.

Qamğrelidze eyni zamanda qeyd edir ki, müxtəlif biznesin açılması planı yaxın günlərdə bəlli olacaq,

“Epid-durumun sərt monitorinqi fonunda, müxtəlif biznesin mərhələ şəklində açılması müzakirə olunur. Bu gün deyə bilmərəm. Müxtəlif biznesin mərhələ şəklində açılması planı tezliklə, cəmi iki-üç günə məlum olacaq. Lakin epid-durumun sərt monitorinqi fonunda. Cünki, Avropada nələrin baş verdiyini görürük, əksinə hər şey bağlanır, çünki hər yerdə üçüncü dalğanın təhlükəsi var”, – Amiran Qamğrelidze qeyd etdi.

A. Qamğrelidze, məhdudiyyətlərin ləğvi prosesinin təhsil sektorundan başlamalı olduğuna inandığını dilə gətirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər