Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Gürcüstanlı müğənnilər ermənilər üçün olan tədbirdə iştirak etməyəcək -Açıqlama

1,715
Gürcüstanlı müğənnilər ermənilər üçün olan tədbirdə iştirak etməyəcək -Açıqlama
Dinləmək üçün basın

ABŞ-da təsis olunan və Gürcüstanda da bölməsi olan Çoxşaxəli Diplomatiya İnstitutu (IMDT) adlı qeyri-hökumət təşkilatı yanvarın 20-də “Artsax Beynəlxalq Həmrəylik” adlı onlayn xeyriyyə konsertinin keçiriləcəyini elan…

ABŞ-da təsis olunan və Gürcüstanda da bölməsi olan Çoxşaxəli Diplomatiya İnstitutu (IMDT) adlı qeyri-hökumət təşkilatı yanvarın 20-də “Artsax Beynəlxalq Həmrəylik” adlı onlayn xeyriyyə konsertinin keçiriləcəyini elan edib.

InterPress.ge Reporta-a istinadən xəbər verir ki, elanda tədbirdən toplanacaq vəsaitin “Hayastan” ümumermənistan fonduna ödənəcəyi və qondarma “Artsax”ın “xalqı” üçün xərclənəcəyi bildirilib.

Təşkilatın məlumatına əsasən, konsertdə Böyük Britaniya, ABŞ, Gürcüstan və digər ölkələrdən olan müğənnilər iştirak edəcəklər. Konsertin elanı ötən həftədən “Facebook” sosial şəbəkəsində aktiv şəkildə reklam olunur.

Ötən gün təşkilat “Facebook” səhifəsində tədbirə qatılacaq Gürcüstandan olan müğənnilərin siyahısını yayıb. Amma məlum olub ki, bəzi gürcü müğənnilər xeyriyyə tədbirindən məlumatsızdır.

Salome Korkotaşvili

Salome Korkotaşvili

Belə ki, Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktor müavini Leyla Əliyeva siyahıya daxil edilən müğənnilər - Salome Korkotaşvili və Sopo Batilaşvili ilə əlaqə saxlayıb. Müğənnilər konsertdən xəbərsiz olduqlarını bildiriblər və onların konsertdə iştirak edəcəkləri barədə yayılan məlumatları təkzib ediblər.

Daha sonra S.Korkotaşvilinin “Facebook” səhifəsində onun konsertə qatılmayacağı barədə məlumat yerləşdirilib. Bu məlumatdan sonra müğənninin adı konsertin afişasından çıxarılıb. Digər müğənni S.Batilaşvilinin də adı yenilənən siyahıda yer almayıb. Təşkilatın ötən gün yaydığı məlumata əsasən, gürcü müğənni Ketato da pandemiya səbəbindən konsertdə iştirak edə bilməyəcək.

 İrakli Çarkviani

İrakli Çarkviani

Ən təəccüblüsü isə odur ki, gürcü müğənnilərin siyahısında birinci yerdə “Mepe” təxəllüslü İrakli Çarkvianinin adı göstərilib. Lakin müğənni 2006-cı ilin fevralında vəfat edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →