18 
Yan
2021
13:00
447

Güclü qar səbəbindən Kobi-Qudauri yolunda hərəkət edə bilməyən yük maşınları kömək istəyir

Güclü qar səbəbiylə bir həftədən çoxdur ki, Kobi-Qudauri yolunda hərəkət edə bilməyən yük maşını sürücüləri kömək istəyir.

InterPress.ge xəbər verir ki, qar və uçqun təhlükəsi səbəbindən Jvari keçidində nəqliyyat vasitələrinin hərəkəti qadağandır.

Mövcud məlumatlara görə, yük maşınlarının sürücüləri artıq 8 gündür ki, yola davam edə bilmirlər. Yemək və içməli suyun tükənməsi barədə bildiriblər və kömək tələb edirlər.

Gürcüstan Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamentindən qar səbəbi ilə yolu təmizləyə bilmədiklərini və nəqliyyatın hərəkətini bərpa etmək imkanlarının olmadığı bildiriblər. Onların sözlərinə görə, müvafiq texnika artıq hadisə yerinə cəlb olunub və nə vaxt ki, bu imkana sahib olacaqlar, yolu təmizləməyə başlayacaqlar.

“Bu gün də Jvari keçidində qar yağır, Milli Ətraf Mühit Agentliyi uçqun təhlükəsi üzündən texnikanın təmizlik işlərinə başlamağına icazə vermir. Təəssüf ki, bizə yolu təmizləməyə nə vaxt icazə verəcəkləri barədə məlumatımız yoxdur, uçqun təhlükəsi aradan qalxan kimi müvafiq texnika daxil olacaq, texnika hadisə yerindədir, sadəcə biz oradakı vəziyyəti və təmizləməyin nə qədər vaxt aparacağını bilmirik. Texnika və sürücülərin təmizlik işlərinə başlamaları üçün heç bir təhlükə olmadığı anda Yollar İdarəsinin nümayəndələri dərhal təmizlik işlərinə başlayacaqlar və yük maşınının sürücülərini və təbii olaraq, yük maşınlarını ordana çıxardacaqlar", - deyə Yollar İdarəsindən bildirilib.

Bizimlə əlaqə saxlayın