18 
Yan
2021
10:58
1949

Gürcüstanda koronavirusa yoluxma sayında rekord azalma qeydə alındı

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 110 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 247 915 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 1 643 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 234 636 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 25 nəfər ölüb və ölənlərin ümumi sayı 2 958 nəfər təşkil edib.

Qeyd edək ki, son 24 saat ərzində 4964 test aparılmışdır. Bunlardan 2930-u sürətli antigen testi, 2034-ü isə PCR testidir.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Bizimlə əlaqə saxlayın