18 
Yan
2021
09:28
1584

Narkotik vasitələri satan iki nəfər saxlanıldı

Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis İdarəsinin Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları əməliyyat və istintaq tədbirləri nəticəsində 1996-cı il təvəllüdlü M.B. və 1997-ci il təvəllüdlü İ.B. əvvəlcədən razılaşaraq narkotik qaçaqmalçılığı cəhdi ilə saxlayıb.

InterPress.ge xəbər verir ki, məlumatı DİN yayır.

"İstintaq, saxlanılanların mütəşəkkil narkotik satıcısı qrupu olduqlarını və onlardan birinin sosial şəbəkələr vasitəsi ilə bəhis metodu ilə narkotik vasitəni satdığını müəyyənləşdirdi.

Saxlanılanların şəxsi yoxlaması zamanı hüquq-mühafizə orqanları 11 paketə bükülmüş "Alpha PVP" psixoaktiv maddə ələ keçiriblər. İstintaq eksperimenti çərçivəsində, sübut kimi satış məqsədilə fərqli yerlərə qoyulmuş 8 büküm halına gətirilmiş yeni psixoaktiv maddə "Alpha PVP" ələ keçirildi.

İstintaq, Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 3-cü hissəsinin "B" bəndinə və Gürcüstan Cinayət Məcəlləsinin 19-260-cı maddəsinin 5-ci hissəsinin "B" bəndinə əsasən aparılır, hansı ki, ilkin razılaşma əsasında qrup tərəfindən narkotik vasitələrin qanunsuz satılmasını nəzərdə tutur. Cinayət yeddi ildən 14 ilədək həbs cəzası nəzərdə tutur", - deyə məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər