15 
Yan
2021
13:03
1206

"Silknet", "Magti" və "Beeline" şəgirdlər və müəllimlər üçün sərfəli qiymətə internet paketi təqdim edəcək

"Pandemiya şəraitində distant təhsilə əlçatımlılığın təmin edilməsi məqsədilə Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi Gürcüstanda fəaliyyət göstərən üç mobil operatorla - "Silknet", "Magti" və "Veon Georgia" (Beeline) ilə qarşılıqlı anlaşma memorandumu imzaladı".

InterPress.ge xəbər verir ki, bu barədə Təhsil nazirinin müavini Eka Dqebuadze bildirib.

Memoranduma əsasən, dövlət və özəl məktəb şagirdləri və müəllimləri müvafiq prosedurları keçdikdən sonra 2020-2021 tədris ilinin sonuna qədər güzəştli mobil internet paketindən yararlanacaqlar.

"Mobil internet paketi üçün güzəştli tarif Gürcüstan Rabitə Komissiyası tərəfindən də dəstəkləndi. Uzaqdan təhsilin çətinliklərinə və texniki ehtiyaclarına uyğun olaraq, internet provayderləri şagirdlərə və müəllimlərə standart qiymətdən 2,5 dəfə az olan 10 GEL dəyərində 20 GB mobil internet paketi təqdim edəcəklər. Sahə mütəxəssislərinin fikrincə, 20 GB bir ay ərzində onlayn dərslərdə iştirak etmək və İnternet resurslarını axtarmaq üçün kifayətdir", - dedi Dqebuadze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər