15 
Yan
2021
11:51
4563

Bu tarixdən etibarən vətəndaşlara 200 lari ünvanlı sosial yardım verilməsinə başlanacaq

"Vətəndaşlarımıza ünvanlı sosial yardım göstərməyə davam edirik".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Qiorqi Qaxaria hökumət iclasında bildirib.

Baş nazirin sözlərinə görə, epidemiyanın ikinci dalğası nəticəsində işini itirən vətəndaşların müraciətlərinin qəbuluna artıq başlanılıb.

“Müraciətlər 20 fevrala qədər qəbul ediləcək və müvafiq maddi yardım 28 fevraldan etibarən veriləcək. Bu, 6 ay ərzində 1200 GEL-dir. Hər bir vətəndaşımızı müraciətləri ən qısa müddətdə təqdim etməyə çağırıram. Bu günə qədər portallarımıza 45.000 belə müraciət yüklənib”,- dedi Qiorqi Qaxaria.

Qeyd edək ki, bu kompensasiya həmin şəxslərə verilir ki, o şəxslər rəsmi işləyir və aylığının 20%-ni vergi verir.

Belə ki, 2020-ci il 1 yanvardan -noyabr da daxil olmaqla ən azı 2 ay işləyən və 2020-ci ilin dekabrında, 2021-ci ilin yanvarında və ya fevralında işsiz qalanlara altı ay ərzində hər ay 200 lari kompensasiya yardım alacaq.

Kompensasiyanı almaq üçün işlədiyiniz kompaniyanın (şirkətin) mühasibi (buğalteri) sizi https://eservices.rs.ge saytında qeydiyyatdan keçirməlidir. Qeydiyyatı işçinin özü edə bilməz.

Bizimlə əlaqə saxlayın