15 
Yan
2021
11:22
753

Gürcüstanda koronavirusla bağlı son statistika

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 1177 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 245 789 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 837 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 229 196 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 26 nəfər ölüb və ölənlərin ümumi sayı 2 893 nəfər təşkil edib.

Qeyd edək ki, son 24 saat ərzində 15 205 test aparılmışdır. Bunlardan 7 265-i sürətli antigen testi, 9 940-ı isə PCR testidir.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Bizimlə əlaqə saxlayın