14 
Yan
2021
11:35
495

Baş nazir Gürcüstanın Dövlət Bayrağı Günü münasibəti ilə açıqlama verdi

"Dövlətçiliyimizin ən vacib simvollarından biri olan Gürcüstan bayrağı hər birimizdə vətənpərvərlik ruhu və böyük qürur hissi yaradır".

InterPress.ge xəbər verir ki, Gürcüstanın Baş naziri Qiorqi Qaxaria Gürcüstanın Dövlət Bayrağı Günü münasibətilə açıqlama verib.

Baş nazirin qeyd etdiyinə görə, Gürcüstan dövlətçiliyi rəmzinin Avropa ailəsinə üzv dövlətlərin bayraqlarının yanında ucaldılacağı vaxt çox uzaq deyil.

“Dövlətçiliyimizin əsas rəmzlərindən biri olan Gürcüstan bayrağı hər birimizdə vətənpərvərlik ruhu və böyük qürur hissi yaradır. Ölkəmizin və xalqımızın tarixini, hər zaman qoruyacağımız dəyərləri və istəkləri özündə cəmləşdirir.

Əminəm ki, bu Gürcüstan dövlətçiliyi rəmzinin Avropa ailəsinə üzv dövlətlərin bayraqlarının yanında ucaldılacağı vaxt uzaqda deyil”, - dedi Qiorqi Qaxaria.

Bizimlə əlaqə saxlayın