14 
Yan
2021
11:06
778

Bu gün ölkədə koronavirusa yoluxmada azalma müşahidə olundu

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 1 357 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 244 612 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 748 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 228 359 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 21 nəfər ölüb və ölənlərin ümumi sayı 2 867 nəfər təşkil edib.

Qeyd edək ki, son 24 saat ərzində 15 891 test aparılmışdır. Bunlardan 8 767-i sürətli antigen testi, 7 124-ü isə PCR testidir.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Bizimlə əlaqə saxlayın