13 
Yan
2021
20:49
2450

Çoxatauridə yenidən müsəlmanlar və xristianlar arasında gərginlik yaşandı - VİDEO

Çoxatauri Bələdiyyəsinin Buknari kəndində qarşıdurma baş verib.

InterPress.ge xəbər verir ki, polis hadisə yerinə cəlb olunub.

Qanun icraçıları kənd əhalisini və hadisə yerinə gələn vətəndaşları ayırmağa çalışıblar.

Hal-hazırda vəziyyət sakitdir.

Kənddə Müsəlman və Xristian vətəndaşlar arasında fikir ayrılıqları başlayıb. Konkret olaraq, müsəlman icmasının üzvləri kənddə ibadət təşkilini xahiş edirlər, xristian icmasının üzvləri isə buna qarşıdır. Fikir ayrılığı dünən də fiziki qarşıdurmaya çevrilib. Faktla əlaqədar bir nəfər Daxili İşlər Nazirliyi tərəfindən saxlanılıb.

Bu gün bölgə rəhbərliyində tərəflər arasında dialoqun baş tutması lazım idi, lakin görüş baş tutmayıb.

Çoxatauri Bələdiyyə Başçısı İrakli Kuçava, hökumət və hüquq-mühafizə orqanlarının Buknari kəndində baş verən münaqişənin həddi aşmadan həll edilməsi üçün hər şey edəcəklərini bildiriblər.

Bizimlə əlaqə saxlayın