13 
Yan
2021
20:18
2053

Ərdoğan Qiorqi Qaxariyanı təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Giorgi Qaxariyanı Gürcüstanın baş naziri vəzifəsinə yenidən təyin olunması münasibətilə təbrik edib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyasından bildirilib.

R.T.Ərdoğan təbrik məktubunda Türkiyə və Gürcüstan arasında mövcud strateji əməkdaşlığın və dostluq münasibətlərinin bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə edib: “Bölgədə dayanıqlı sülh və sabitliyin bərqərar olması üçün fürsətlər pəncərəsinin yarandığı dövrdə sizin müdrik rəhbərliyiniz altında ölkələrimiz arasında əlaqələrin bütün sahələr üzrə davam etdiriləcəyinə əminəm”.

Türkiyə lideri Gürcüstanın hökumət başçısına möhkəm cansağlığı və xoşbəxtlik, dost gürcü xalqına isə firavanlıq arzulayıb: “Qoy Yeni il ölkələrimiz və bölgəmizə sülh və xeyirxahlıq gətirsin”.

Bizimlə əlaqə saxlayın