13 
Yan
2021
18:07
689

Baş Prokurorluq Qardabanidə baş verən cinayətlə bağlı məlumat yayır

21 dekabr 2020-ci il tarixində Qardabani rayonunun Poladaantkari kəndində Ç.A.-nın ölümü ilə bağlı aparılan istintaq çərçivəsində əldə edilmiş dəlillər nəticəsində V.Z qəsdən adam öldürmə maddəsi ilə ittiham olundu.

InterPress.ge xəbər verir ki, məlumatı Gürcüstanın Baş Prokurorluğu yayır.

"Hüquq mühafizəçiləri V.Z-nı 22 dekabr 2020-ci ildə saxladılar. O, cinayət Məcəlləsinin 276-cı maddəsinin 7-ci hissəsi ilə və 128-ci maddəsi ilə ittiham olundu və barəsində həbs qətimkan tədbiri seçildi. Cinayət işində əldə edilmiş əlavə sübutlar əsasında, 21 dekabr 2020-ci ildə V.Z.-nın intiqam almaq üçün Ç.A.-nı qəsdən öldürdüyü təsbit edildi.

Daxili İşlər Nazirliyində davam edən araşdırma, 21 dekabr 2020-ci il tarixində, Qardabani rayonunun Poladaantkari kəndində, sərxoş vəziyyətdə olan V.Z. ilə I.G. arasında fiziki qarşıdurmanın yaşandığını üzə çıxardı. Münaqişədə onları aralamaq üçün I.G-nın bacısı oğlu - Ç.A. iştirak etdi. V.Z. onları şifahi şəkildə təhqir etdi və öldürməklə hədələdi, bu da yenidən fiziki qarşıdurmaya çevrildi.

I.G. bacısı oğlunu məkanı tərk etməyə çağırdı, bundan sonra Ç.A. mopedlə onun mənzilinə doğru getdi. V.Z. intiqam almaq üçün öldürmək niyyəti ilə avtomobili yüksək sürətlə Ç.A.-nın üzərinə sürdü. Aldığı xəsarətlər nəticəsində Ç.A. yerindəcə öldü. V.Z. cinayət Məcəlləsinin 108 (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olundu və 7 ildən 15 ilədək həbs cəzası nəzərdə tutulur”, - deyə məkumatda bildirilib.

Prokurorluq cinayət işinin istintaq altında olduğunu bildirdib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər