1 USD = 3.299 GEL 1 1 EUR = 4.003 GEL 1 AZN = 1.941 GEL 1 TRY = 0.446 GEL 1 RUB = 4.496 GEL
13 
Yan
2021
17:22
3374

Gürcüstanda olan Azərbaycan vətəndaşlarının nəzərinə - Səfirlik məlumat yayır

Gürcüstandakı Azərbaycan Respublikası vətəndaşlarının pasportlarının müddəti uzadıldı.

Bu barədə InterPress.ge-yə Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyi məlumat verib.

"Koronavirus “COVİD-19” infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ilə Gürcüstan arasında sərhədlər 2020-ci ilin mart ayının 14-dən etibarən mövcüd epidemioloji vəziyyətlə əlaqədar olaraq müvəqqəti olaraq bağlanmışdır. 

Koronavirus pandemiyasının yaratmış olduğu çətinliklər nəzərə alınaraq, müxtəlif xarici ölkələrdə, həmçinin Gürcüstanda yaşayan vətəndaşlarımızın qanunsuz miqrant statusuna düşməmələri və fəaliyyətlərini hüquqi zəmində tənzimləmələri üçün sahib olduqları və etibarlılıq müddəti 01 yanvar 2020-ci il tarixindən etibarən bitmiş və ya bitəcək olan bütün növ pasportların (diplomatik, xidməti və ümumvətəndaş) etibarlılıq müddəti yaşadıqları ölkə ərazisində (eyni ilə Gürcüstanda) fəaliyyətlərini tənzimləmələri məqsədi ilə 01 iyul 2021-ci il tarixinədək uzadılmış hesab olunur. 

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan Respublikası vətəndaşları ölkəni tərk edərək Vətənə qayıtmaq istədiklərində isə qayıdış şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikasının Gürcüstanda yerləşən Səfirliyinə müraciət etməlidirlər", - deyə səfirliyin məlumatında deyilir.

 

Bizimlə əlaqə saxlayın