1 USD = 3.299 GEL 1 1 EUR = 3.98 GEL 1 AZN = 1.941 GEL 1 TRY = 0.44 GEL 1 RUB = 4.445 GEL
13 
Yan
2021
11:41
1670

Sürücülük vəsiqəsi almaq istəyənlərin nəzərinə...

Gürcüstan Hökuməti İdarələrarası Koordinasiya Şurasının qəbul etdiyi qərar və tövsiyələrə uyğun olaraq ölkədə koronavirus virusunun yayılmasının qarşısını almaq üçün Daxili İşlər Nazirliyinin Xidmət Agentliyinin qərarına əsasən, bütün məhdud xidmət növləri fevralın 1-dən etibarən fəaliyyət göstərməyə davam edəcəkdir.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qurumdan verilən məlumata görə, 1 fevraldan vətəndaşlar nəqliyyat vasitəsini idarə etmək hüququ əldə etmək üçün nəzəri və praktik imtahan verə biləcəklər.

"Xidmət Agentliyinin struktur bölməsi əhatə dairəsi xaricində (gömrük anbar zonası və nəqliyyat vasitə istehsalçısının (diler / mərkəz) rəsmi nümayəndəsi istisna olmaqla) odlu silahların qeydiyyatı və mexaniki nəqliyyat vasitələrinin yoxlanılması ilə bağlı prosedurlar 1 fevrala qədər fəaliyyət göstərmir. Həmçinin Axalkalaki və Ambrolauri xidmət mərkəzlərində xidmətlərin çatdırılması müvəqqəti dayandırılacaqdır.

Bu mərhələdə xidmət agentliyi aşağıdakı rejimdə fəaliyyətini davam etdirir:

Vətəndaşlar nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsi, təkrar ixracı, ixracı və qeydiyyatı prosedurları üçün xidmət orqanlarına yalnız bazar ertəsi, çərşənbə, cümə və şənbə günləri müraciət edə bilərlər.  Xidmət Agentliyi tərəfindən verilən məlumat üçün müraciət yalnız elektron qaydada, məlumat subyekti tərəfindən, Xidmət Agentliyinin veb səhifəsi (sa.gov.ge) vasitəsilə qəbul edilə bilər.  Xidmət mərkəzlərində hazır sənəd həftənin aşağıdakı günlərində: bazar ertəsi, çərşənbə, cümə və şənbə günlərində ərizə doldurarkən göstərilən struktur bölməsində verilir.

 Xidmət agentliyi, vətəndaşları təcili ehtiyac olduğu hallar istisna olmaqla, agentliyin xidmət mərkəzlərinə müraciət etməkdən çəkinməyə və ehtiyac olduğu təqdirdə xidmət üçün başqa şəxlərlə gəlməməyə və maska taxma qaydalarına riayət etməyə çağırır”, - deyə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın