13 
Yan
2021
11:19
794

Gürcüstanda koronavirusla bağlı son statistika

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 1618 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 243 255 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 403 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 227 611 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 26 nəfər ölüb və ölənlərin ümumi sayı 2 846 nəfər təşkil edib.

Qeyd edək ki, son 24 saat ərzində 19 438 test aparılmışdır. Bunlardan 10 774-ü sürətli antigen testi, 8 664-ü isə PCR testidir.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər