1 USD = 3.299 GEL 1 1 EUR = 3.98 GEL 1 AZN = 1.941 GEL 1 TRY = 0.44 GEL 1 RUB = 4.445 GEL
12 
Yan
2021
22:00
1332

Nika Qvaramia açıqlama verdi

"Bu məsələ barədə (DTX və Gürcü Arzusu tərəfindən süni olaraq uydurulan məsələ barədə) bazar günü verlişində geniş danışacam".

InterPress.ge xəbər verir ki, bu barədə Mtavari Arxi kanalının baş direktoru Nika Qvaramia facebook səhifəsində Əhməd İmamquliyevin statusuna cavab olaraq yazıb.

O, qeyd edib ki, Avropalı Gürcüstan partiyasının onu qınaması marağında deyil. 

"Bu dəfə bir başqasında: Məni qınamaları bu partiyanın son dövrünün hobbisi halına gəldiyini düşünürəm. 

Gülməlidir. Qiymətləndirmələrdə daha da irəliyə getməyəcəyəm, çünki, onların qınaması həqiqətən mənim hobbim deyil və ya ümumiyyətlə marağım da deyil.

İndi əsəbləşmisənmi? Valeryan iç", - deyə Nika Qvaramia yazır.

Qeyd edək ki, Əhməd İmamquliyev N. Qvaramianı üzr istəməyə çağırıb.

"Nika Qvaramia tərəfindən verilən nümunə (müqayisə) (zarafatla) mənim üçün və bütün müsəlmanlar üçün qəbuledilməz və təhqiramizdir! Belə bir hərəkəti qınayıram və Nikanı müsəlmanlardan üzr istəməyə çağırıram!" - deyə Əhməd İmamquliyev yazıb.

Xatırladaq ki, N.Qvaramiya Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvilinin siyasətdən getməsi barədə açıq məktubunu şərh edərkən özünün sözlərinə görə, yarızaraftla deyib ki, orada praktiki olaraq Saakaşvilinin Allah, Qvaramiyanın isə onun rəsulu Məhəmməd olduğu yazılıb.

Bizimlə əlaqə saxlayın