Kedada daşmış çay Coniarisi-Kantauri-Tibeta yol körpüsünə zərər verib.
InterPress.ge xəbər verir ki, hal-hazırda körpüdə hərəkət mümkün deyil.
Coniarisi kəndi istiqamətinə yalnız ara yolları ilə hərəkət etmək mümkündür.
Güclü yağış Xuloda da problemlər yaradıb, beş kəndin istifadə etdiyi Didaçara-Saçixurinin magistral yolunun hissəsi çöküb.
Məlumat üçün bildirək ki, Şida Kartli və İmeretidə də dolu yağışlarına qarşı mübarizə aparılır.
