Qoderdzi keçidində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar İdarəsindən məlumat verilib.
"Çətin meteoroloji şərtlər səbəbindən daxili əhəmiyyətli Batumi (Anqisa) - Axalçixe magistral yolunun km106-km117 (Qoderdzi keçidi) hissəsində bütün növ nəqliyyatın hərəkəti qadağandır.
Yolun qalan hissəsində nəqliyyatın hərəkəti məhdud deyil", - deyə məlumatda bildirilib.
