12 
Yan
2021
11:08
1056

Gürcüstanda koronavirusla bağlı son statistika

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 1857 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 241 637 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 993 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 227 208 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 24 nəfər ölüb və ölənlərin ümumi sayı 2 820 nəfər təşkil edib.

Qeyd edək ki, son 24 saat ərzində 17 795 test aparılmışdır. Bunlardan 11 934-ü sürətli antigen testi, 5 861-i isə PCR testidir.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər