12 
Yan
2021
10:33
1064

Polis Qardabanidə qız qaçırma faktı ilə əlaqədar 4 nəfəri saxladı

Kvemo Kartli Polis Departamentinin Qardabani Bölgə Şöbəsinin əməkdaşları keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində azyaşlı qızı qanunsuz olaraq azadlıqdan məhrum etmə faktı ilə əlaqədar 4 nəfəri: 1997-ci il təvəllüdlü E.B. 1978-ci il təvəllüdlü Ç.A. 1974-cü il təvəllüdlü B.B. . Və 1995-ci il təvəllüdlü A.B. saxlayıb.

InterPress.ge xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyi yayır.

"İstintaq, Qardabani Bələdiyyəsinin kəndlərindən birində E.B-nin anasının və yaxın 2 qadının köməyi ilə həmkəndlisi olan azyaşlı qızı- 2005-ci il təvəllüdlü S.B-nı evlənmək məqsədi ilə azadlıqdan məhrum etdiyini üzə çıxardı. Hakimin qərarı əsasında polis, təqsirləndirilən 4 şəxsi də saxladı. İlkin razılaşma yolu ilə yetkinlik yaşına çatmayan şəxsin qanunsuz olaraq azadlıqdan məhrum edilməsinə dair ilkin istintaq Gürcüstan Cinayət Məcəlləsinin 143-cü maddəsinin 3-cü hissəsinin "a"və "d" bəndləri ilə aparılır", - deyə Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər