11 
Yan
2021
20:47
2946

Koronavirus Marneuli sakinlərinə necə təsir edir ? - Sorğu/VİDEO

Artıq 1 ildir ki, dünya koronavirus pandemiyasından əziyyət çəkir. Pandemiya nəinki insanların sağlamlığına, ölkələrin iqtisadiyyatına da ciddi ziyan vurdu. Bir çox insan iş yerlərini itirərək yeganə gəlir mənbələrindən də məhrum edildi. Koronavirus Gürcüstandan da təsirsiz ötüşmür.

Gürcüstanda koronavirusdan ən çox zərər görən şəhərlərdən biri də azərbaycanlıların yaşadığı Marneuli şəhəridir. Xatırladaq ki, pandemiyanın tuğyan etməyə davam etdiyi vaxtlardan Gürcüstanda sərt karantin rejimi də ilk dəfə Marneuli şəhərində tətbiq olundu. Bəs görəsən 2020-ci ildə Marneuli sakinləri virusun təsirləri ilə necə mübarizə apardı, hansı çətinlikləri oldu və onların 2021-ci ildən gözləntiləri nələrdir?

Bu məqsədlə InterPress.ge saytı olaraq Marneuli şəhərində sorğu keçirərək sakinlərin fikirlərini öyrəndik.

InterPress.ge həmin sorğunu sizə təqdim edir:

Bizimlə əlaqə saxlayın