1 USD = 3.299 GEL 1 1 EUR = 4.003 GEL 1 AZN = 1.941 GEL 1 TRY = 0.446 GEL 1 RUB = 4.496 GEL
11 
Yan
2021
17:37
1020

Bidzina İvanişvilini kimin əvəzləyəcəyi məlum oldu

"Gürcü Arzusu-Demokratik Gürcüstanın sədri vəzifəsində Bidzina İvanişvilini İrakli Kobaxidze əvəz edəcək".

InterPress.ge xəbər verir ki, bu barədə partiyanın baş katibi və paytaxt meri Kaxa Kaladze, Gürcü Arzusu ofisindəki keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, partiyanın qurultayı şənbə günü keçiriləcək.  Sözügedən qurultayda Kobaxidzenin namizədliyi və siyasi şuranın yeni tərkibi təsdiqlənəcək.

“Bu gün partiyanın siyasi şurasının növbəti iclası keçirildi, hansı ki, partiyanın keçirəcəyi qurultayla bağlı məsələləri müzakirə etdik.  Əvvəlcə bildirmək istərdik ki, Gürcü Arzusu - Demokratik Gürcüstan partiyasının qurultayı 16 yanvar şənbə günü keçiriləcək və ölkənin hər yerindən təxminən 400 nümayəndə iştirak edəcəkdir. Qurultayda partiyanın yeni sədri və partiyanın siyasi şurasının yenilənmiş tərkibi seçiləcək.  Siyasi Şuranın qərarına əsasən partiya sədri vəzifəsinə İrakli Kobaxidzenin namizədliyi irəli sürüləcək. Həmçinin siyasi şura, yenilənmiş siyasi şuraya namizədlərin 21 nəfərlik siyahısını təsdiqlədi.  Yeni siyasi şura üzvlərinin kimliyini şənbə günü keçiriləcək qurultayda öyrənəcəksiniz", - dedi Kaladze partiya ofisində keçirilən brifinqdə.

Bizimlə əlaqə saxlayın