11 
Yan
2021
11:31
298

Bidzina İvanişvili təşəkkür etdi

Gürcü Arzusu - Demokratik Gürcüstanın sədri Bidzina İvanişvili, Gürcüstanın əsas strateji müttəfiqi olan ABŞ, Avropa Birliyi və bütün tərəfdaşları olan Gürcüstan xalqına, Gürcüstan Pravoslav Apostol Kilsəsinə, siyasi komandasına, yoldaşlarına, silahdaşlarına və ailəsinə təşəkkür etdi.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcü Arzusu - Demokratik Gürcüstanın sədri Bidzina İvanişvili öz istefa məktubunda qeyd edib.

“Bu gün nəhayət siyasətdən və ictimai məkandan ayrıldığım zaman, Gürcüstan xalqı qarşısında baş əymək istəyirəm. Mən onları heç vaxt öz tərəfdarlarım və müxaliflərim yerinə qoymadım, çünki inanıram ki, vətənimiz diametral müxalif siyasi baxışlardan daha çox dəyərlidir.

Gürcüstan tarixində hər zaman xüsusi rol oynamış Gürcüstan Apostol Pravoslav Kilsəsinə təşəkkür edirəm.

Siyasi komandamıza, mübarizədə mənə inan və hələ də Gürcüstana sədaqətlə xidmət edən bütün həmfikirlilərimə və silahdaşlarıma təşəkkür edirəm. Onların hər birinə uğurlar arzulayıram.

Gürcüstanın əsas strateji müttəfiqi olan, Amerika Birləşmiş Ştatları, Avropa Birliyi ölkələri, Gürcüstan dövlətinə və gürcü xalqına sarsılmaz şəkildə dəstək olan bütün dostlarımıza və ortaqlarımıza təşəkkür edirəm.

Nəhayət, fürsətdən istifadə edərək bu müddət ərzində eşidilməmiş təhqir və böhtana dözən ailəmə təşəjkür etmək istəyirəm. Sali yanımda qaya kimi dayandı və seçimlərimi bir dəfə də olsun şübhə altına almadı.

Hamınıza bir daha təşəkkür edirəm.

Allah vətənimizi - Gürcüstanı gücləndirsin", - deyilir İvanişvilinin məktubunda.

Bizimlə əlaqə saxlayın