12 
Mar
2020
10:13
1042

Gürcüstanın bütün dövlət qurumları fövqəladə iş rejimnə keçdi

“Gürcüstanın bütün dövlət qurumları koronovirusla bağlı 24 saatlıq fövqəladə iş rejiminə keçib”.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Giorgi Qaxaria hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, xüsusən də səhiyyə, daxili işlər, təhsil, ədliyyə, xarici işlər və maliyyə nazirlikləri fövqəladə rejimdə fəaliyyət göstərirlər.

G.Qaxaria qeyd edib ki, Gürcüstan koronavirusla bağlı yaranan və gündən-günə artan problemlərin həllinin öhdəsindən gəlməyə hazırdır: “Biz bu çağırışlara cavab verməyə hazır olmalıyıq. İlk növbədə, biz yaşlılar, uşaqlar və bir-birimizin qayğısına qalmalıyıq”.

Qeyd edək ki, bu günə qədər Gürcüstanda koronavirusa 24 yoluxma halı təsdiqlənib. Karantində 295, stasionar nəzarətdə isə 49 nəfər saxlanılır.(report)

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər