09 
Yan
2021
17:43
898

Bir ailənin 5 üzvü təbii qazdan zəhərləndi

Axalçixe şəhərində 5 nəfər təbii qazdan zəhərlənib.

InterPress.ge xəbər verir ki, hadisə bu gün Rustaveli küçəsində baş verib.

Bir ailənin beş üzvünün hamısı təcili yardım qrupu tərəfindən Axalçixe Referal Xəstəxanasına aparılıb.

Xəstəxananın meneceri Revaz Kuçuxidze xəstələrə müvafiq tibbi xidmətlər göstərildiyini bildirib.

“Beşinin hamısı nahar edib, daha sonra onlardan biri özünü pis hiss edib.

Üç təcili yardım briqadası zəhərlənənləri xəstəxanaya çatdırdı. Ailənin ən kiçik üzvü, beş aylıq körpə özünü yaxşı hiss edir, digərlərinin sağlamlıq vəziyyəti stabildir",- dedi Kuçuxidze "Doqquzuncu Kanal"a.

Doktor Maia Kutiaşvilinin dediyinə görə təcili yardımı qonşular çağırıb.

“Kimisi kresloda, kimisi divanda, kimi də yerdə uzanmışdı. Hamısı huşsuz idi. Təcili yardım briqadalarına zəng vurdum. Onlar gəlmədən əvvəl ilkin tibbi yardım göstərdik. Uşaq ayrı bir otaqda idi, qonşular tərəfindən çıxarıldı, təcili yardımı da onlar çağırdı",- dedi həkim Maia Kutiaşvili.

Bizimlə əlaqə saxlayın